Tramp Almaniyadakı ABŞ hərbçilərinin sayının azaldılmasının səbəbini açıqlayıb

Tramp Almaniyadakı ABŞ hərbçilərinin sayının azaldılmasının səbəbini açıqlayıb
# 29 iyul 2020 18:47 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Almaniyada olan hərbçilərinin sayının azaldılmasının səbəblərinə aydınlıq gətirib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Almaniya NATO-nun kollektiv müdafiəsinin dəstəklənməsi üçün lazımı miqdarda vəsait xərcləmir: “Biz qüvvələrimizi ona görə azaldırıq ki, onlar hesablarından lazım olan qədər xərcləmək istəmirlər, bu qədər sadə...”

Qeyd edək ki, ABŞ Müdafiə naziri Mark Esper Almaniyadan çıxarılacaq 11.9 min hərbi qulluqçudan 6.4 mininin ölkəyə qayıdacağını, 5,6 minə yaxın hərbçinin isə İtaliya və Belçikaya köçürüləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR