Tramp amerikalı tələbənin sərbəst buraxılmasına görə İrana təşəkkür edib

Tramp amerikalı tələbənin sərbəst buraxılmasına görə İrana təşəkkür edib
  • Clock-gray 00:32
  • calendar-gray 08 Dekabr 2019

ABŞ Prezidenti Donald Tramp  amerikalı tələbənin sərbəst buraxılmasına görə İrana təşəkkür edərək bu addımın iki ölkə arasında razılığa gəlinməsinə imkanlar açdığını deyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp bu barədə twitter hesabında yazıb: “Danışıqların müsbət nəticələndiyi üçün İrana təşəkkür edirəm. Baxın, birlikdə razılaşma əldə edə bilərik!". 

Qeyd edək ki, İran casusluqda günahlandırdığı amerikalı tələbə Van Siyueni azad edib. ABŞ isə İrana qarşı sanksiyaları pozmaqda günahlandırdığı iranlı bioloq, professor Məsud Süleymaniyə qarşı elan etdiyi ittihamları ləğv edib.

 

apa-logo-mini

Digər xəbərlər