ABŞ Dövlət katibi Qətər Əmiri ilə Fars körfəzindəki gərginliyi müzakirə edib

ABŞ Dövlət katibi Qətər Əmiri ilə Fars körfəzindəki gərginliyi müzakirə edib
  • Clock-gray 07:18
  • calendar-gray 11 İyul 2019

ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonda Qətər Əmiri Şeyx Tamim bin Həməd Əl Tani ilə görüşüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşdə əsasən Fars körfəzindəki gərgin vəziyyət müzakirə edilib. 

Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Dövlət katibi və Qətər Əmiri bölgədə gedən gərginliyin fonunda Körfəz Əməkdaşlıq Şurasının İran rejiminin qeyri-sabit fəaliyyətlərinə qarşı birləşməsinin əhəmiyyətindən danışıblar.

Tərəflər arasında həmçinin Sudan, Liviya və Əfqanıstan da daxil olmaqla, digər vacib regional məsələlərə toxunulub.

Yaxın Şərqdəki vəziyyətin müzakirəsi zamanı ABŞ tərəfi Fars körfəzindəki gərginliyə görə İranı ittiham edərək  anti-İran koalisiyası yaratmaq kimi fikirlər də səsləndirib.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date