Ağ Ev ölkəni tərk edən venesuelalılar üçün sığınacaq imkanlarını gözdən keçirir

Ağ Ev ölkəni tərk edən venesuelalılar üçün sığınacaq imkanlarını gözdən keçirir
# 12 iyun 2019 07:51 (UTC +04:00)

ABŞ administrasiyası siyasi krizis fonunda ölkəni tərk etmiş Venesuela vətəndaşları üçün sığınacaq yaradılması imkanlarını gözdən keçirir.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir açıqlamanı prezident Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsində səsləndirib.

“Biz bunu gözdən keçiririk”, - deyə Tramp bununla bağlı verilmiş sualın cavabında deyib.

Qeyd edək ki, BMT Ali Komissarının qaçqınların işi üzrə idarəsi və Beynəlxalq Miqrasiya Təşkilatının ötən həftə yaydığı məlumata görə, ölkəni tərk edən venesuelalıların sayı 4 milyona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR