Tramp: “Çoxu Türkiyənin ABŞ-ın vacib ticarət tərəfdaşı olduğunu unudur”

Tramp: “Çoxu Türkiyənin ABŞ-ın vacib ticarət tərəfdaşı olduğunu unudur”
  • Clock-gray 16:47
  • calendar-gray 08 Oktyabr 2019

“Çoxu Türkiyənin ABŞ-ın vacib ticarət tərəfdaşı olduğunu unudur”.

APA-nın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter”də yazıb.

O bildirib ki, Türkiyə Prezidenti noyabrın 13-də ABŞ-a səfər edəcək.

“Çoxu unudur ki, Türkiyə ABŞ-ın vacib ticarət tərəfdaşıdır. Bu faktdır ki, onlar bizim F-35 döyüş təyyarələri üçün polad çərçivə düzəldirlər. Onlar İdlib əyalətində çoxunun həyatını xilas etmək üçün mənə kömək ediblər. Mənim xahişimlə uzun müddətdir ki, həbsxanada olan keşiş Brunson sağlam şəkildə geri qayıdıb. Eyni zamanda çox güclü Türkiyə NATO-nun vacib üzvüdür”, - deyə ABŞ Prezidenti qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date