Bank Of Baku

Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb
# 02 oktyabr 2026 14:17 (UTC +04:00)

Avrozonada illik inflyasiya sentyabr ayında 3,8%-ə çatıb ki, bu da avqust ayı ilə müqayisədə 0,6 faiz bəndi çoxdur.

“APA-Economics” xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsi Eurostatın ilkin hesablamasında bildirilib.

İnflyasiyanın əsas komponentləri arasında ən yüksək artım enerji qiymətlərində qeydə alınıb. Sentyabrda enerji qiymətləri illik ifadədə 18,8% bahalaşıb. Avqustda isə bu göstərici 14,3% təşkil edib.

Xidmətlərin qiymətləri 3,2% artıb. Əvvəlki ayda artım 3% olub. Ərzaq məhsulları, alkoqollu içkilər və tütünün qiymətlərində illik artım 1,4%-ə yüksəlib. Avqustda bu rəqəm 1,1% olub.

Enerjidən başqa sənaye mallarının qiymətlərində isə əksinə, artım 1,2%-dən 1,1%-ə zəifləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR