Los Ancelesin Uilminqton rayonu ətrafında binada atışma baş verib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, atışma zamanı aldığı güllə yarasından gənc qız ölüb, 2 nəfər (kişi və qadın) yaralanıb.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda Los-Anceles polisi hadisənin kim tərəfindən törədildiyini müəyyənləşdirir.