Bayden administrasiyası Konqresdən F-16-ların Türkiyəyə satışını istəyir

Bayden administrasiyası Konqresdən F-16-ların Türkiyəyə satışını istəyir
# 14 yanvar 2023 00:59 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı üçün Konqresdən icazə almağa hazırlaşır.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, ABŞ Türkiyəyə 40 təyyarə, 800 aviabomba və 900-dən çox “hava-hava” raketi satmaq istəyir.

Rəsmilərin fikrincə, Türkiyə ilə razılaşma Ankaranın Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı qərarından asılıdır.

Xatırladaq ki, ABŞ Türkiyə ilə F-16 müqaviləsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR