Bayden Ağ Evə hədiyyə edilən “Kommander” adlı yeni itinin görüntülərini paylaşıb

Bayden Ağ Evə hədiyyə edilən “Kommander” adlı yeni itinin görüntülərini paylaşıb
# 21 dekabr 2021 08:20 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden və birinci xanım Jill Bayden Ağ Evdə yeni bir itin - Alman Çoban itinin “peyda olduğunu” elan ediblər.

APA-nın məlumatına görə, bu barədə prezident və xanımı öz “Tvitter” səhifəsində yazıblar.

Baydenin ilk mesajında deyilir: "Ağ Evə xoş gəlmisiniz, Kommander".

Daha sonra o, yeni ev heyvanı ilə tanış olduğunu və onunla oynadığını əks etdirən qısa video paylaşıb.

Ərinin mesajını ürək işarəsi ilə bəyənən Jill Bayden də paylaşımı təkrar yayımlayıb.

CNN-in məlumatına görə, “Kommander” adlı yeni it Ağ Evə yaxınları tərəfindən hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR