Müdafiə naziri: ABŞ Ukraynanın Rusiya ərazisini hədəf alacaq zərbə imkanlarına mane olmur

Müdafiə naziri: ABŞ Ukraynanın Rusiya ərazisini hədəf alacaq zərbə imkanlarına mane olmur
# 07 dekabr 2022 13:36 (UTC +04:00)

ABŞ Ukraynanın Rusiya ərazisini hədəf ala biləcək potensialda uzaq mənzilli zərbə imkanlarını inkişaf etdirməsinin qarşısını almağa çalışmır.

APA CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Biz Ukraynanın öz imkanlarını inkişaf etdirməsinə mane olmuruq”, - deyə Ostin vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken ABŞ-ın Ukraynanı Rusiyanın daxilinə zərbə endirməyə nə cəsarətləndirdiyini, nə də buna imkan yaratdığını deyib. O, Rusiya ərazisinə dron zərbələri endirilməsi ilə bağlı məlumatlardan xəbərdar olduğunu, lakin əlavə informasiyası olmadığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR