Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı dəyişib

Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı dəyişib
  • Clock-gray 15:52
  • calendar-gray 10 Noyabr 2020

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, yükləyici ekskvatorlar güzəşt tətbiq ediləcək texnikaların siyahısından çıxarılıb.

Yaşıl yem yetişdirən texnoloji avadanlığa isə güzəştlər tətbiq olunacaq. Güzəşt tətbiq olunacaq meyvə-tərəvəz və kartof üçün soyuducu anbar dəstlərinə dair şərtlər də konkretləşib.  Həcmi 7000 kubmetrdən artıq olmayan meyvə-tərəvəz üçün soyuducu anbar dəstləri, həcmi 6000 kubmetrdən artıq olmayan kartof üçün soyuducu anbar dəstlər, soyuducu anbar üçün texnoloji avadanlıqlar və həcmi 3000 kubmetrdən artıq olmayan heyvandarlıq məhsullarının saxlanması üçün avadanlıq və soyuduculara güzəşt tətbiq ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanına əsasən, dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizinq və ya kredit yolu ilə) şamil edilməlidir.

Fərmana əsasən, kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının  güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

-  texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir;

- idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;

- texnikanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər. Kreditləşmə məbləğinə tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir.

apa-logo-mini

Digər xəbərlər