Gürcüstan bu il Azərbaycana 1,7 mln. dollarlıq dondurulmuş balıq ixrac edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 1 721,4 min ABŞ dolları dəyərində 688,6 ton dondurulmuş balıq ixrac edib.
Qeyd edək ki, Gürcüstan Azərbaycana dondurulmuş balıq ixracına bu ildən başlayıb.