Azərbaycana tütün məmulatlarının idxalı 27% azalıb

Azərbaycana tütün məmulatlarının idxalı 27% azalıb
# 16 yanvar 2021 13:20 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri 2019-cu ilin göstəricisinə nisbətən azalıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparığı hesabalamalara görə, hesabat dövründə ölkəyə 85 511,84 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da 2019-cu ilin nəticələri ilə müqayisədə 31 616,96 min dollar və ya 27% azdır.

Qeyd edək ki, ötən il tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,8%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR