Azərbaycanda ağacların budaması zamanı istifadə olunan effektiv məlhəmin kütləvi istehsalına başlanılıb

Azərbaycanda ağacların budaması zamanı istifadə olunan effektiv məlhəmin kütləvi istehsalına başlanılıb
  • Clock-gray 15:09
  • calendar-gray 30 Oktyabr 2020

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan Təcrübə-Sənaye Zavodunda ağac budaması zamanı tətbiq olunan "Bağ məlhəmi" adlı effektiv məlhəmin kütləvi istehsalına başlanılıb.

YTP-dən "APA-Economics"ə verilən məlumata görə, bu preparat meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istehsal olunub.

Tam yerli xammal bazası əsasında hazırlanan məhsul Azərbaycanın müxtəlif bölgələrində üzümlüklərdə, meyvə bağlarında ağac budamasından sonra onun zədələnmiş hissələrdəki kəsiklərin üzərində tətbiq olunması ağacların sağlam qalması və vaxtından əvvəl qurumaması baxımından böyük səmərə verəcək.

Hüseyn Vəliyev

Digər xəbərlər