Azərbaycanda fermerlərin subsidiyaların verilməsinə dair müraciəti elektronlaşdırılacaq

Azərbaycanda fermerlərin subsidiyaların verilməsinə dair müraciəti elektronlaşdırılacaq
  • Clock-gray 09:54
  • calendar-gray 24 Dekabr 2019

Fermerlərə subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulu, emalı və cavablandırılması “Elektron kənd təsərrüfatı” informasiya sistemində “subsidiyalar” altsistemi vasitəsi ilə təmin ediləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilən “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) strukturuna aşağıdakı altsistemlər daxildir:

- “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi;

- “subsidiyalar” altsistemi;

- “heyvandarlıq və süni mayalanma” altsistemi;

- “iş axınının idarə olunması” altsistemi;

- “məlumatlandırma” altsistemi;

- “təhlil və hesabat” altsistemi.

“Subsidiyalar” altsistemi vasitəsilə fermerlərə subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulu, emalı və cavablandırılması ilə bərabər EKTİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar da təmin ediləcək:

- “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, torpaq sahələrinin xəritələşdirilməsi;

- “heyvandarlıq və süni mayalanma” altsistemi vasitəsilə heyvanların və heyvan qruplarının qeydiyyatının aparılması, onların hərəkətlərinin izlənilməsi, mənşəyinin, təsərrüfat əhəmiyyətinin və istifadə təyinatının müəyyənləşdirilməsi, heyvanların xəstəlik tarixçəsinin, vaksinasiyasının və digər məlumatların qeydiyyatının aparılması, habelə heyvanların süni mayalandırılması işinin təşkili;

- “iş axınının idarə olunması” altsistemi vasitəsilə məlumatların toplanılması, emalı, saxlanılması və qiymətləndirilməsi, müraciətlərə baxılması və cavablandırılması, daxil edilmiş sənədlərin surətlərinin avtomatik oxunması;

- “məlumatlandırma” altsistemi vasitəsilə istifadəçilərə məlumat xarakterli elektron bildirişlərin göndərilməsi və göndərilən bildirişlərin qeydiyyatının aparılması;

- “təhlil və hesabat” altsistemi vasitəsilə bir neçə mənbədən əldə edilmiş məlumatların təhlili üçün həmin məlumatların üzləşdirilməsi, üzləşdirmə zamanı aşkar edilən uyğunsuzluqların hesabatlarda öz əksini tapması, müxtəlif parametrlərə görə hesa¬batların alınması.

EKTİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

- proqram-texniki vasitələr və proqram təminatı;

- telekommunikasiya kanalları;

- əsas və ehtiyat mərkəzləri;

- ödəniş modulu;

- informasiya ehtiyatı və onu idarəetmə paneli;

- müxtəlif əməliyyat sistemli (İOS, Android, Windows) mobil cihazlara uyğun mobil tətbiqlər;

- sistemin test mühiti.

Ödəniş modulu EKTİS-də ödənişlərin elektron formada (“ASAN ödəniş” sisteminə keçid verilməklə) həyata keçirilməsini təmin edir.

Fermerlər EKTİS-də aşağıdakı istifadə imkanlarına malikdirlər:

- qeydiyyatdan keçmək;

- elektron kabinetdən istifadə etmək;

- kənd təsərrüfatı sahəsində xidmətlər üzrə müraciət etmək;

- təsərrüfatları (əkin sahələri, heyvanları və s.) haqqında məlumatları daxil etmək;

- kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları haqqında məlumatları daxil etmək;

- daxil edilmiş məlumatlar üzrə EKTİS-in avtomatik formalaşdırdığı bəyannamə əsasında subsidiya almaq üçün müraciət etmək;

-bəyannamədə olan məlumatlarla razılaşmadıqda və ya hər hansı kənd təsərrüfatı fəaliyyət sahəsi üzrə şikayət etmək;

- qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;

- EKTİS-də qeydiyyatdan keçən süni mayalanma mütəxəssisi və baytar həkimi haqqında məlumatları əldə etmək, habelə onlara müraciət etmək;

- kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün təchizatçıya elektron qaydada müraciət etmək;

- müxtəlif assosiasiyalara və kooperativlərə üzv olmaq;

- müraciətlərinin icrasını izləmək;

Təchizatçılar EKTİS-də aşağıdakı istifadə imkanlarına malikdirlər:

- qeydiyyatdan keçmək;

- elektron kabinetdən istifadə etmək;

- kənd təsərrüfatı sahəsində xidmətlər üzrə müraciət etmək;

- kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar haqqında məlumatları daxil etmək;

- daxil edilmiş məlumatlar üzrə EKTİS-in avtomatik formalaşdırdığı bəyannamə əsasında subsidiya almaq üçün müraciət etmək;

- bəyannamədə olan məlumatlarla razılaşmadıqda və ya hər hansı kənd təsərrüfatı fəaliyyət sahəsi üzrə şikayət etmək;

- qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;

- toxum və ting əkinlərinin aprobasiyası ilə bağlı müraciət etmək;

- əkin subsidiyası əsasında satdığı kənd təsərrüfatı məhsulları (biohumus, gübrə, pestisid və s.) üzrə qalan məbləğin alınması üçün müraciət etmək;

- istehsal etdiyi toxum və (ya) ting üzrə sertifikat almaq üçün müraciət etmək;

11. fermerdən daxil olan müraciətləri təsdiqləmək və ya bundan imtina etmək;

- işçilərinə EKTİS-də əməliyyat aparmaq üçün səlahiyyət vermək;

- apardığı əməliyyatlar, habelə daxil etdiyi sənədlər (məlumatlar) üzrə müxtəlif parametrlərə görə hesabatlar almaq;

-. müraciətlərinin icrasını izləmək;

Baytar həkimləri EKTİS-də aşağıdakı istifadə imkanlarına malikdirlər:

- qeydiyyatdan keçmək;

- elektron kabinetdən istifadə etmək;

- doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date