Azərbaycanda ötən il ət, süd və yumurta istehsalı artıb

Azərbaycanda ötən il ət, süd və yumurta istehsalı artıb
# 21 yanvar 2021 14:37 (UTC +04:00)

2020-ci ildə Azərbaycanda diri çəkidə ət istehsalı 2019-cu illə müqayisədə 3,1% artaraq 591,1 min ton, süd istehsalı 1,9% artaraq 2 192,5 min ton, yumurta istehsalı isə 4,3% artaraq 1 906,2 mln. ədəd təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunub ki, ötən il hər inək və camışdan orta hesabla 1 687 kq (2019-cu ildə 1 653 kq) süd sağılıb. İlkin məlumatlara görə 2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8 156,9 min baş qoyun və keçi, 2 647,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 280,2 min baş inək və camış mövcud olub. 2020-ci il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 32,3 min baş azalıb, iribuynuzlu mal-qaranın sayı 1,3 min baş, inək və camışların sayı 2 min baş və donuzların sayı 344 baş artıb. İribuynuzlu mal-qaranın 48,3%-ni inək və camışlar təşkil edir.

Ötən il quşçuluq müəssisələrində diri çəkidə 63,9 min ton quş əti və 797,8 mln. ədəd yumurta istehsal olunub. Ümumilikdə, bu müəssisələr üzrə cəmi quşların sayı 11671,3 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 220 ədəd yumurta alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR