Balakəndə yeni meyvə emalı zavodu yaradılır

Balakəndə yeni meyvə emalı zavodu yaradılır
# 19 mart 2021 12:53 (UTC +04:00)

Balakəndə tikilən "BalaCans" MMC-nin meyvə emalı zavodunda hazırda son tamamlama işləri aparılır.

"APA-Economics" İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, ildə 1,5 mln. litr meyvə şirəsi istehsal etmək gücündə olan zavodda 80 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 16,1 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 mln. manat güzəştli kredit verilib.

Qeyd edilir ki, zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR