Naxçıvanda bu ilin məhsulu üçün əkin sahəsi artırılıb

Naxçıvanda bu ilin məhsulu üçün əkin sahəsi artırılıb
# 02 iyul 2020 12:23 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin məhsulu üçün ümumi əkin sahəsi 63 405 hektar təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 435 hektar çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumi əkin sahəsinin 36 099 hektarını və ya 56,9%-ni payızlıq əkin, 2 3142,4 hektarını və ya 36,5%-ni yazlıq əkin, 4 163,6 hektarını və ya 6,6%-ni əvvəlki illərin çoxillik otları təşkil edib.

2020-ci ilin məhsulu üçün qeydə alınan əkin sahəsinin 37 825 hektarını və ya 59,7%-ni dənli və dənli-paxlalılar (qarğıdalı istisna olmaqla), 1 549 hektarını və ya 2,4%-ni dən üçün qarğıdalı, 158 hektarını və ya 0,2%-ni dən üçün günəbaxan, 45,1 hektarını və ya 0,1%-ni tütün, 3 241 hektarını və ya 5,1%-ni kartof, 5449 hektarını və ya 8,6%-ni tərəvəz, 2 266 hektarını və ya 3,6%-ni bostan bitkiləri, 8 708,3 hektarını və ya 13,7%-ni cari ilin çoxillik və birillik otları, 4 163,6 hektarını və ya 6,6%-ni isə əvvəlki illərin çoxillik otlar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR