Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,4% artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,4% artıb
  • Clock-gray 13:05
  • calendar-gray 19 Mart 2021

Bu ilin yanvar-fevral ayında 16,68 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 4,4% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 3861 ton, süd istehsalı 5316 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,5%, süd istehsalı isə 1,7% artıb.

 

Ümumilikdə, muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

 

Hüseyn Vəliyev

Digər xəbərlər