Rusiya 50 ton Azərbaycan pomidorunu geri qaytarıb

Rusiya 50 ton Azərbaycan pomidorunu geri qaytarıb
# 18 fevral 2021 11:22 (UTC +04:00)

“Rosselxoznadzor”un Dağıstan Respublikası İdarəsinin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycan Respublikasından ümumi çəkisi 50,4 ton olan 3 təzə pomidor partiyasını saxlayıblar.

APA-Economics”in “Rosselxoznadzor”a istinadən verdiyi məlumata görə, tərəvəzlərdə təhlükəli karantin obyekti – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edildiyi üçün Rusiya Federasiyası ərazisinə gətirilməsi qadağan edilib. Pomidor partiyalarının saxlanılmasına səbəb laboratoriya nəticələri olub. Məhsul yenidən Azərbaycana qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR