AKİA ötən il 310 mln. manat subsidiya ödənişi həyata keçirib

AKİA ötən il 310 mln. manat subsidiya ödənişi həyata keçirib
# 27 yanvar 2022 10:48 (UTC +04:00)

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ötən il 310 mln. manat həcmində subsidiya ödənişi həyata keçirib.

"APA-Economics"in məlumatına görə, bu barədə AKİA-nın sədr müavini Leyla Məmmədova "Aqro-Turizm İnvestisiya Forumu"nda deyib.

Onun sözlərinə görə, ötən il müxtəlif istiqamətlərdə istehsalının genişləndirilməsi üçün kənd təsərrüfatı obyektlərinin sahiblərinə 70 mln. manatlıq aşağı faizli kreditlər, güzəştlər və mikro kreditlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR