Arıçılıqda istifadə olunan avadanlıq və texnikaya güzəşt tətbiq ediləcək

Arıçılıqda istifadə olunan avadanlıq və texnikaya güzəşt tətbiq ediləcək
# 06 noyabr 2022 09:20 (UTC +04:00)

Arıçılıqda istifadə olunan avadanlıq və texnika “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na daxil edilib.

APA-nın xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Beləliklə, təməl pətək emalı avadanlığı dəsti, avtomatlaşdırılmış bal doldurma-qablaşdırma avadanlığı dəst, tam avtomatlaşdırılmış 20 və 48 çərçivəlik balsüzən aparatlar və arı ailələrinin daşınması üçün qoşqu güzəşt tətbiq ediləcək texnikaların siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR