Azərbaycanda fermerlər elektron kənd təsərrüfatı sistemi vasitəsilə subsidiya əldə edə biləcəklər

Azərbaycanda fermerlər elektron kənd təsərrüfatı sistemi vasitəsilə subsidiya əldə edə biləcəklər
# 28 iyun 2019 12:03 (UTC +04:00)

Fermerlər elektron kənd təsərrüfatı sistemindən istifadə edərək subsidiya əldə edə biləcəklər.

"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, subsidiya informasiya sisteminin yaradılması nəzərdə tutulur.

"Bu sistemin yaradılması üzrə işlər aparılır və fermerlərin böyük hissəsi bu sistemdə artıq qeydiyyatdan keçib. Eyni zamanda burada əsas dəyişikliklərdən biri də o olacaq ki, əvvəllər subsidiyalar birbaşa Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilirdisə, artıq bu səlahiyyət Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülüb. Düşünürük ki, yeni subsidiya sistemi fermerlərin işlərinə daha da dəstək olacaq, məhsuldarlığın artırılmasına, ölkədə kənd təsərrüfatı məhsullarının ixracın artmasına, eyni zamanda qida təhlükəsizliyinin təmin olunmasına öz müsbət təsirini göstərəcək", - deyə M. Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR