Azərbaycanda yemiş sahələrinin güzəştli sığortası başlayıb - İLK DƏFƏ

Azərbaycanda yemiş sahələrinin güzəştli sığortası başlayıb - İLK DƏFƏ
# 04 may 2022 11:45 (UTC +04:00)

Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq yemiş sahələrini sığorta etməyə başlayıb. Fonddan “APA-Economics”ə verilən məlumata görə, digər əkin sahələrində olduğu kim yemiş təsərrüfatları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.

Aqrar sığorta yemiş əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir. Yemiş təsərrüfat sahələrinin sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər.
Yemiş təsərrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 1,87% - 4,56% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 1.96% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR