Bu il Azərbaycan fındığının əsas idxalçıları məlum olub - QRAFİK

Bu il Azərbaycan fındığının əsas idxalçıları məlum olub - QRAFİK
# 20 aprel 2022 13:31 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricə 28,589 mln. ABŞ dolları (48,601 mln. manat) dəyərində 4 809,64 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, fındıq ixracı ötən ilin analoji dövrü ilə müqayisədə həcm ifadəsində 65,1%, dəyər ifadəsində isə 52,2% artıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan fındığının əsas alıcısı İtaliya olub. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 16,865 mln. dollarlıq (28,671 mln. manat) 2 707 ton qabığı təmizlənmiş meşə fındığı tədarük edib ki, bu da illik müqayisədə həcm ifadəsində 4,7 dəfə, dəyər ifadəsində isə 4,4 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR