Bu il Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sayı ən aşağı həddə düşüb

Bu il Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sayı ən aşağı həddə düşüb
# 06 mart 2023 12:37 (UTC +04:00)

2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 628.6 min, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 772.1 min baş təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən apardığı araşdırmaya görə, cari ildə kənd təsərrüfatı heyvanlarının sayı son 10 ilin ən aşağı həddinə düşüb.

Belə ki, son 10 ilin statistikasına görə, kənd təsərrüfatı heyvanlarının sayının ən yüksək həddi 2016-ci ildə müşahidə olunub. 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2 mln. 708.3 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8 mln. 677.5 min baş təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR