Hökumət unun qiymətinin artımının qarşını almaq üçün görülən işləri açıqlayıb

Hökumət unun qiymətinin artımının qarşını almaq üçün görülən işləri açıqlayıb
# 09 dekabr 2022 12:42 (UTC +04:00)

“Təbii olaraq dünya ərzaq bazarlarındakı vəziyyət əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini daha da aktuallaşdırır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Əli Əsədov bildirib ki, Prezidentin Hökumətə verdiyi tapşırıqlardan irəli gələrək Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2022-ci il 21 fevral tarixli Sərəncamının icrası istiqamətində bir çox vacib tədbirlər görülüb: "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Azərbaycanda kənd təsərrüfatının inkişafı Hökumətimiz üçün əsas prioritetlərdən biridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR