Ötən il Azərbaycanda ərzaq təhlükəsizliyinin təmininə 540 mln. manat vəsait sərf edilib

Ötən il Azərbaycanda ərzaq təhlükəsizliyinin təmininə 540 mln. manat vəsait sərf edilib
# 17 mart 2023 11:21 (UTC +04:00)

“Təchizat zəncirinin pozulması, iqlim dəyişikliyi, COVID-19 pandemiyası, artan faiz dərəcələri səbəbindən maliyyə vəziyyətinin sərtləşməsi və Ukraynadakı müharibə qlobal qida sistemini görünməmiş şoka məruz qoyub”.

APA-nın xəbərinə görə, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Baş nazir deyib ki, dünyanın aparıcı beynəlxalq təşkilatları və maliyyə institutları ötən ay birgə bəyanat yayaraq, qlobal ərzaq tədarükünün 2022-2023-cü il dövründə 3 ilin ən aşağı səviyyəsinə enəcəyi barədə xəbərdarlıq ediblər: “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub. Daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülüb. Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması ilə bağlı Qərarlar qəbul olunub. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib.

Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 mln. manat vəsait sərf edilib. Bu, 2021-ci ildən 18.8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR