Pambıqçılıq sahəsində subsidiya mexanizmi effekt verməyib

Pambıqçılıq sahəsində subsidiya mexanizmi effekt verməyib
# 11 aprel 2023 13:36 (UTC +04:00)

Pambıqçılıq sahəsi üzrə ümumilikdə ödənilmiş subsidiyanın məbləği 2019-cu ilə nisbətən 2020-ci ildə 59,7% artaraq 47,1 mln. manata, 2021-ci ildə isə 82% artaraq 53,7 mln. manata yüksəlib.

APA-Economics” Hesablama Palatasına istinadən xəbər verir ki, pambığın məhsuldarlığı 2021-ci ildə 28,5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə müqayisədə, müvafiq olaraq 3,4% və 14,9% azalıb. Belə ki, pambığın məhsuldarlığı 2019-cu il üzrə 29,5 sentner/hektar, 2020-ci il üzrə isə 33,5 sentner/hektar olub. Eyni zamanda, pambığın ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287 min ton olmaqla əvvəlki iki ilin müvafiq göstəricilərinə nisbətən (2019-cu il üzrə 295,3 min ton, 2020-ci il üzrə 336,8 min ton), müvafiq olaraq 2,8% və 14,8% azalıb.

Qeyd edək ki, bu göstəricilər pambıqçılıq sahəsinə yönələn resursların nəticəliliyinin qeyri-adekvat inkişaf etdiyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR