"Qarışıq tərkibli qida məhsulu" anlayışı qanunvericilikdə əksini tapmayacaq

"Qarışıq tərkibli qida məhsulu" anlayışı qanunvericilikdə əksini tapmayacaq
# 25 aprel 2022 17:46 (UTC +04:00)

"Qarışıq tərkibli qida məhsulu" anlayışı “Qida təhlükəsizliyi haqqında” qanun layihəsindən çıxarılıb.

APA-nın xəbərinə görə, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə edilən qanun layihəsində "qarışıq tərkibli qida məhsulu" anlayışı yer almayıb.

Qeyd edək ki, parlamentdə birinci və ikinci oxunuşda müzakirə edilərək qəbul edilmiş “Qida təhlükəsizliyi haqqında” qanun layihəsində qarışıq tərkibli qida məhsulu anlayışı (1.1.6-cı maddə) əksini tapmışdı. Qeyd edilmişdi ki, qarışıq tərkibli qida məhsulu insanların qidalanması üçün nəzərdə tutulmuş və tərkibində heyvan və bitki mənşəli qida məhsullarının olduğu qida məhsuludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR