Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramının 2020-ci il üzrə nəticələri açıqlanıb

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramının 2020-ci il üzrə nəticələri açıqlanıb
# 02 dekabr 2021 11:29 (UTC +04:00)

"Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın 2020-ci il üzrə nəticələri ilə bağlı monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb.

"APA-Economics" xəbər verir ki, monitorinq və qiymətləndirmə 7 gözlənilən təsir indikatoru, 24 nəticə və 64 ilkin nəticə indikatoru olmaqla toplam 95 indikatoru əhatə edib.

2020-ci il üzrə Proqramın icra faizi gözlənilən indikatorlarına əsasən, 90,4%, tədbirlər üzrə ilkin nəticə indikatorlarına görə isə 53,95% səviyyəsində qiymətləndirilib.

Eyni zamanda əsas icraçı qurumların reytinqi hər bir qurum üzrə müvafiq ildə qiymətləndirilən tədbirlərin qiymətləndirilməsi əsasında müəyyən edilib. Qida Təhlükəsizliyinin Agentliyi əsas icraçısı olduğu 47 tədbir üzrə icra faizi 58,47%, Kənd Təsərrüfatı Nazirliyi əsas icraçısı olduğu 5 tədbir üzrə icra faizi 53,7%, Təhsil Nazirliyi əsas icraçısı olduğu 2 tədbir üzrə icra faizi 35%, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti isə əsas icraçısı olduğu 1 tədbir üzrə icra faizi 0% qiymətləndirilib.

Ümumilikdə, 2020-ci il ərzində hədəflərə nail olması planlaşdırılmış tədbirlərə görə qiymətləndirilən 12 prioritetdən 9-u, nəticə indikatorlarına görə isə qiymətləndirilən 10 prioritetdən 7-si üzrə tam və ya qismən nəticələrə nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR