Təbrizdə beşmərtəbəli bina çöküb, 12 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Təbrizdə beşmərtəbəli bina çöküb, 12 nəfər xəsarət alıb - VİDEO   - YENİLƏNİB
# 22 dekabr 2021 01:32 (UTC +04:00)

Təbrizin mərkəzində Şəhid Behişti küçəsində 5 mərtəbədəki bina qaz partlaması nəticəsində çöküb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şərqi Azərbaycan əyalətinin Böhranların idarəetmə mərkəzi (Fövqəladə hallar idarəsi) məlumat verib.

Məlumatda bildirilir ki, partlayış qonşuluqda olan daha iki binaya ziyam vurub və təhlükəli vəziyyət yaradıb.

İndiyədək 12 nəfərin xəsarət aldığı və xəstəxanalara çatdırıldığı bildirilir. Onlardan birinin vəziyyəti ağırdır. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Axtarışlar davam etdirilir.

Qeyd edək ki, partlayış binanın birinci mərtəbəsində avtomobil təmiri sexində qaynaq işləri görülərkən baş verib.

Yaxınlıqdakı binanın birinci mərtəbəsində də dağıntılar olduğu üçün həmin binanın sakinləri təxliyə olunub.

***

21.07

Təbriz şəhərində yaşayış binası çöküb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə Təbrizin mərkəzində 5 mərtəbəli binada baş verib.

Binanın çökməsi nəticəsində 12 nəfər xəsarət alıb. Dağıntılar altında insanların qaldığı bildirilir. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR