Yaponiyanın cənub-qərbində 6 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində 6 bal gücündə zəlzələ baş verib
# 26 dekabr 2021 13:02 (UTC +04:00)

Yaponiyanın cənub-qərbindəki Miyakojima adası yaxınlığında bu gün 6 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur.

APA bildirir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17.26-da qeydə alınıb.

Zəlzələnin mənbəyi suyun 40 kilometr dərinliyində olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib. Zəlzələ nəticəsində ölənlər və dağıntılar barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR