ABŞ Cavad Zərifə viza verməkdən imtina edib

ABŞ Cavad Zərifə viza verməkdən imtina edib
# 07 yanvar 2020 10:43 (UTC +04:00)

ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının iclasında iştirak etməyə hazırlaşan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

BMT Təhlükəsizlik Şurası iclasının cümə axşamı keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Tehran ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyat nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR