Bağdadda ardıcıl baş vermiş partlayışlarda 17 nəfər yaralanıb

Bağdadda ardıcıl baş vermiş partlayışlarda 17 nəfər yaralanıb
# 22 fevral 2020 23:37 (UTC +04:00)

İraqın paytaxtı Bağdadda ardıcıl baş vermiş yeddi partlayış nəticəsində azı 17 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğular qısa zaman fərqi ilə şəhərin Əl-Maalif, Əl-Həbibiyə, Əş-Şüalə, Əl-Maştal və Əz-Zaafaraniyə rayonlarında qeydə alınıb.

Partlayışlara görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR