Çavuşoğlu Putinin Ərdoğanı gözlətməsini əks etdirən görüntülərə münasibət bildirib

Çavuşoğlu Putinin Ərdoğanı gözlətməsini əks etdirən görüntülərə münasibət bildirib
# 10 mart 2020 13:57 (UTC +04:00)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya telekanalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başçılıq etdiyi nümayəndə heyətinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş öncəsi qapıda gözlədilməsini əks etdirən süjetə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir “Anadolu” agentliyinə müsahibəsində Rusiya telekanalını sayğısızlıqda günahlandırıb.

“Rus mediasını başa düşürəm. Lakin bizim içərimizdə bu qara təbliğatdan məmnun olan o qədər adam var. Bax bunu başa düşmürəm. Rus mediasının etdiyi isə böyük sayğısızlıqdır”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR