Çindən Ankaraya təxliyə edilən azərbaycanlıların analizlərinin nəticələri sabah məlum olacaq

Çindən Ankaraya təxliyə edilən azərbaycanlıların analizlərinin nəticələri sabah məlum olacaq
  • Clock-gray 17:20
  • calendar-gray 02 Fevral 2020

“İndiyə qədər Çindən Türkiyəyə təxliyə edilən şəxslərdə, o cümlədən təyyarədəki heyət üzvlərində koronavirus əlaməti aşkarlanmayıb”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Səhiyyə naziri deyib ki, təxliyə edilənlərin hər biri xəstəxanada ayrılıqda təcrid olunmuş otaqlara yerləşdiriliblər: “Təxliyə edilənlərdən götürülən nümunələrin analizlərinin nəticələrinin isə sabah məlum olması gözlənilir. Karantin müddəti 14 gündür”.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 21.12-də Çinin Uhan şəhərində aralarında 6 Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyyarəsi  Ankaradakı  Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” sərnişinləri və təyyarədəki 20 heyət üzvü xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər