Çinin BMT-dəki Daimi Nümayəndəliyi: ABŞ etdiyi səhv hərəkətə görə ağır bədəl ödəyəcək

Çinin BMT-dəki Daimi Nümayəndəliyi: ABŞ etdiyi səhv hərəkətə görə ağır bədəl ödəyəcək
# 08 yanvar 2021 12:52 (UTC +04:00)

ABŞ-ın BMT-dəki səfiri Kelli Kraft növbəti həftə Tayvana səfər edəcək.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, amerikalı diplomat səfəri çərçivəsində Tayvanın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcək.

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib ki, səfir Kelli Kraft yanvarın 13-15-də Tayvanda səfərdə olacaq.

Tayvanın Xarici İşlər Nazirliyi (XİN) isə ABŞ-ın BMT-dəki səfirinin Tayvan Prezidenti Tsai İnq-ven və xarici işlər naziri Cozef Vu ilə görüşəcəyini açıqlayıb.

Çinin BMT-dəki Daimi Nümayəndəliyi isə Kelli Kraftın Tayvana səfərini pisləyib: “Biz ABŞ-a xatırlatmaq istərdik ki, kim odla oynayırsa, od həmin adamın özünü yandırır. ABŞ etdiyi səhv hərəkətə görə ağır bədəl ödəyəcək. ABŞ-ı açıq təxribatlardan əl çəkməyə, Çin-ABŞ münasibətləri və iki ölkənin BMT-dəki əməkdaşlığı üçün yeni çətinliklər yaratmağı sonlandırmağa və yanlış yolda getməyi dayandırmağa çağırırıq”.

Qeyd edək ki, ABŞ-ın əksər ölkələr kimi Tayvanla rəsmi diplomatik münasibətləri olmasa da, o, Tayvanın ən güclü beynəlxalq dəstəkçisi və silah tədarükçüsüdür. ABŞ 1979-cu ildə qəbul olunan Tayvanla Münasibətlər Aktı çərçivəsində bu adanı özünümüdafiə vasitələri ilə təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR