İran "Sərhədsiz Həkimlər" təşkilatının nümayəndələrini ölkədən çıxarıb

İran "Sərhədsiz Həkimlər" təşkilatının nümayəndələrini ölkədən çıxarıb
# 25 mart 2020 17:44 (UTC +04:00)

İran beynəlxalq "Sərhədsiz Həkimlər" təşkilatının nümayəndələrini ölkədən çıxarıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo "Twitter" hesabında yazıb.

"İran rejimi koronavirusa yoluxan ən yükək risk qrupunda olan xəstələr üçün sahə xəstəxanası yaradan "Sərhədsiz Həkimləri" təşkilatının nümayəndələrini qovub. Rejimdən ən çox əziyyət çəkən öz vətəndaşlarıdır", - deyə M. Pompeo qeyd edib.

“Associated Press” agentliyi isə xəbər verir ki, İran “Sərhədsiz Həkimlər” təşkilatının iki yük təyyarəsi ilə göndərdiyi tibbi avadanlıq və ləvazimatları geri qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR