İran XİN: "ABŞ-ın BMT qətnaməsinə müraciət etməsi yersizdir"

İran XİN: "ABŞ-ın BMT qətnaməsinə müraciət etməsi yersizdir"
# 24 aprel 2020 07:14 (UTC +04:00)

“Heç bir beynəlxalq qətnamə Tehrana hərbi peykləri orbitə buraxmağı qadağan etmir”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib ki, heç bir qətnamə İranın kosmosa peyk buraxmasına mane olmur: “Ona görə də ABŞ-ın BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə müraciət etməsi yersizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR