İranda 3,8 bal gücündə zəlzələ olub

İranda 3,8 bal gücündə zəlzələ olub
# 18 fevral 2020 23:28 (UTC +04:00)

İranın Qum əyalətində zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 20:34-də Qum şəhərində qeydə alınıb.

Yeraltı təkanlar 3,8 bal gücündə yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR