İranda koronavirusdan ölənlərin sayı 36 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 36 mini ötüb
# 03 noyabr 2020 15:02 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 422 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 36 160 nəfərə çatıb.

Son 24 saat ərzində 8 932 yeni yoluxma faktı qeydə alınıb və bununla da İranda indiyə qədər yoluxanların ümumi sayı 637 712 nəfərə çatıb.

Xəstəlikdən 495 473 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olanlardan 5 378 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR