İranda son sutkada 53 nəfər koronavirusdan ölüb

İranda son sutkada 53 nəfər koronavirusdan ölüb
# 12 mart 2021 14:56 (UTC +04:00)

İranda ötən sutka ərzində 53 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61 069 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8088 nəfər koronavirisa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 1731558 nəfərə çatıb. Virus daşıyıcılarından 3829 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR