İranlı nüvə aliminin qətli ilə bağlı saxlanılanlar var

İranlı nüvə aliminin qətli ilə bağlı saxlanılanlar var
  • Clock-gray 23:41
  • calendar-gray 08 Dekabr 2020

İranda nüvə-fizika alimi, ölkənin müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı bir neçə nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə İran Parlamenti sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Hüseyn Əmir Abdollahian “Al-Alam” telekanalına bildirib.

“Bir qismi təhlükəsizlik xidməti tərəfindən müəyyən olunmuş və hətta saxlanılmış, qətlin həyata keçirilməsində iştirak edən şəxslər ədalətdən qaça bilməyəcəklər”, - deyə Abdollahian verdiyi açıqlamasında qeyd edib.

Fəxrizadə noyabrın 27-də Tehran əyalətində sui-qəsd nəticəsində öldürülüb. Öldürülən alim İran Müdafiə Nazirliyinin nəzdindəki tədqiqat və yeniliklər təşkilatının rəhbəri olub və müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

apa-logo-mini

Digər xəbərlər