Yeni növ koronavirusun yayılması və Yeni il bayramı zamanı Çinin Uhan şəhərini 5 milyondan çox insan tərk edib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu açıqlamasında şəhər meri Çjou Sianvan bildirib.
O qeyd edib ki, hazırda şəhərdə 9 milyona yaxın insan qalıb.
Qeyd edək ki, Çinin Uhan şəhərində koronavirus ilk dəfə keçən il dekabrın 31-də aşkarlanıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni bir növ olduğu ortaya çıxıb.