Myanmada nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda azı 211 nəfər ölüb

Myanmada nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda azı 211 nəfər ölüb
# 20 mart 2021 05:14 (UTC +04:00)

“Myanmada fevralın 1-dən bəri keçirilən nümayişlərdə polis və hərbçilər arasında baş verən toqquşmalar zamanı ölənlərin sayı 200-ü keçib”.

APA xəbər verir ki, bu barədə BMT-nin Myanmadakı Humanitar Koordinatoru vəzifəsini icra edən Endryu Kirkvyd video brifinqdə bildirilib.

E.Kirkvyd qeyd edib ki, əldə edilən məlumata görə, son 7 həftə ərzində azı 211 nəfər öldürülüb: “Ölənlərin sayı bəlkə də daha çoxdur. Onların arasında ən az 15 uşaq var”.

Onun sözlərinə görə, BMT səlahiyyətliləri tərəfindən Myanmada toplanan məlumatlara görə, ən azı 2.4 min nəfər nəzarətə alınıb: Onların bəziləri zorakılığa məruz qalıb”.

Qeyd edək ki, BMT-nin Baş Katibi Antonio Quterreş cümə günü Myanmada ordu tərəfindən nümayişçilərə qarşı edilən şiddəti qınayıb.

“Jurnalistlər də daxil olmaqla, dinc nümayişçilərin öldürülməsi və özbaşına həbsləri tamamilə qəbuledilməzdir”, deyə A.Quttereş vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR