Qasım Süleymaninin dəfn mərasimində ölənlərin sayı 56 nəfərə çatıb - YENİLƏNİB-3

Qasım Süleymaninin dəfn mərasimində ölənlərin sayı 56 nəfərə çatıb - YENİLƏNİB-3
  • Clock-gray 20:31
  • calendar-gray 07 Yanvar 2020

İranın Kerman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaranmış izdihamda ölənlərin sayı artıb.

APA-nın Tehran bürosunun Kerman Tibb Universitetinin Ekspertiza Mərkəzinə istinadla verdiyi məlumata görə, ölənlərin sayı 56 nəfərə çatıb.

Yaralılar isə 200 nəfərdən çoxdur.

***

Saat 17:29

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin sayı 50 nəfəri ötüb.

APA-nın İran müxbiri xəbər verir ki, bu barədə ölkənin Təcili Tibbi Yardım Xidmətinin məlumatında bildirilir.

***

Saat 16:02

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanların sayı artır.

APA-nın İran müxbiri xəbər verir ki, ölkənin Təcili Tibbi Yardım Xidmətinin yaydığı məlumatda izdihamda ölənlərinin sayının 40-a, yaralananların sayının isə 213-ə çatdığı bildirilir.

Qeyd edək ki, izdihamda kütləvi ölənlərin və yaralananların olması ilə əlaqədar Q. Süleymaninin dəfn mərasimi təxirə salınıb. 

***

Saat 13:44

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanların sayı məlum olub.

APA-nın yerli bürosunun İran dövlət televiziyasına istinadən verdiyi xəbərə görə, Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb. 

***

Saat 13:24

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlər var.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd deyib.

Ölənlərin dəqiq sayı barədə açıqlama verilməyib.

P.Kulivənd hadisə nəticəsində yaralananların da olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Süleyman Fərzəliyev

Digər xəbərlər