Qətər əmiri Səudiyyə Ərəbistanına səfər edib

Qətər əmiri Səudiyyə Ərəbistanına səfər edib
  • Clock-gray 14:22
  • calendar-gray 05 Yanvar 2021

Qətər əmiri şeyx Təmim bin Həməd Al-Tani Səudiyyə Ərəbistanına səfər edib.

APA-nın "Arab News"a istinadən verdiyi xəbərə görə, Qətər əmirini hava limanında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman qarşılayıb.

Qətər əmiri Səudiyyə Ərəbistanında keçiriləcək Körfəz ölkələri Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək.

Qeyd edək ki, yanvarın 4-də Səudiyyə Ərəbistanı 3 illik aradan sonra Qətərlə hava, su və quru sərhədini açdığını bəyan edib. Sammit çərçivəsində iki ölkə arasında sazişin imzalanacağı da gözlənilir.

Sammit zamanı Yəməndə davam edən müharibə, ABŞ-la və yeni seçilmiş prezident Co Bayden administrasiyası ilə gələcək münasibətlər müzakirə olunacaq.

Xatırladaq ki, Misirin xarici işlər nazirinin də sammitdə iştirakı gözlənilir.

Zümrüd Paşkin

Digər xəbərlər