Türkiyədə 65 yaşdan yuxarı və 20 yaşa qədər şəxslərin küçəyə çıxması məhdudlaşdırılıb

Türkiyədə 65 yaşdan yuxarı və 20 yaşa qədər şəxslərin  küçəyə çıxması məhdudlaşdırılıb
  • Clock-gray 21:46
  • calendar-gray 03 Aprel 2020

 

“Sabahdan etibarən bazar və marketlər kimi insanların çox olduğu yerlərdə əhalinin maska geyməsi məcburidir. Küçələrdə sosial məsafə ən azı 3 addım olacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVİD-19) mübarizə ilə əlaqədar açıqlamasında bu fikirləri bildirib. 

Prezident deyib ki, Türkiyədə 65 yaşa qədər insanların küçəyə çıxma qadağası bu gecədən başlayaraq 20 yaşa qədər gənclərə də şamil olunacaq. 

Hazırda dünyada COVİD-19-a yoluxanların sayının 1 milyon 30 minə, ölənlərin sayının isə 55 minə çatdığını vurğulayan R.T.Ərdoğan bildirib ki, digər ölkələrlə müqayisədə Türkiyənin bu təhlükəli virusla mübarizəsi qənaətbəxş hesab oluna bilər: “Maska başda olmaqla təmizlik vasitələrini Türkiyə özü istehsal etdiyi üçün COVİD-19-la mübarizdə xarici ölkələrdən asılılığımız yoxdur”. 

Prezident şəxsi avtomobillər də daxil olmaqla şəhərlərarası giriş-çıxışlara məhdudiyyət qoyulduğunu deyib. 

Ərdoğan, həmçinin, Türkiyənin 30 böyük şəhərinə yalnız zəruri ehtiyacları ödəyən avtomobillərin girişinin mümkün olacağını vurğulayıb. 

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər