Türkiyədə COVID-19-dan 98 nəfər ölüb

Türkiyədə COVID-19-dan 98 nəfər ölüb
# 09 fevral 2021 23:07 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 98 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 8 636 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8109, ağır xəstələr isə 1310 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 548 195 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 437 382 nəfər sağalıb, 26 998 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR